"Ailəsi ola-ola gedib, geylə görüşürlər” – Kamildən qalmaqallı açıqlamalar
Tarix: 18-10-2019, 12:35




Tanınmış fitnes ustası Kamil Zeynallı qalmaqallı açıqlamalar verib. 
“Yeni Sabah” xəbər verir ki, idmançı videomüsahibədə bir çox məsələlərə toxunub. Azxeber.com-a danışan K. Zeynallı son zamanların ən çox müzakirə olunan məsələlərindən olan "hacı"lardan da danışıb.
Kamil hacıları kəskin tənqid edib: "Özləri bilirlər həcilər nədirlər? İnan Allaha, özləri güzgüyə baxırlar və görürlər ki, həci adı onlara yaraşmır.
Sadəcə gedirlər. Yaxşı edirlər. Allahın evidir. Hər müsəlmanın borcudur getmək. Amma Azərbaycanda həcilərin 90 faizi "maşennik", yalançı, alkaş, oğru, "bandit"dir".
Kamil müsahibədə həbsxanaya düşməsindən də danışıb: "Hər yerin öz qayda-qanunu var. İnsan hansı mühitə düşdüsə, oranın qayda-qanununa riayət etməlidir. Türmədə yaxşı oğlanlar var, onların da qoyduğu qanunlar var. 
Kamil həyat yoldaşı Gülay Zeynallı ilə münasibətlərindən də danışıb: "Gülayla bir Göyçayda qonşu olmuşuq. O məni efirdə görüb, mən də həmçinin. Aramızda xırda şeylər üstündə də mübahisələr düşür. 
Kamil deyib ki, sosial şəbəkələrdə xüsusən “Youtube”də söyüş yazanların 80%-i kişi deyil: "Kiminsə başı üçün deyil ki, Gülaya artıq-əskik nəsə yazsın. Nəinki öz heç nəsillərinin də başı üçün deyil bunu etmək".


Paylaş: