ABŞ-da modelin cəsədi betonla doldurulmuş qutuda tapılıb
Tarix: 18-10-2019, 12:09




ABŞ-ın Nevada səhrasında model Esmeralda Gonzalezin cəsədi aşkar edilib. Onun cəsədi betonla doldurulmuş taxta qutuda aşkar edilib. Bu barədə "Las Vegas Review-Journal" məlumat verir.
SalamNews Gazeta.ru-ya istinadən xəbər verir ki, 24 yaşlı qız beş ay idi axtarışa verilmişdi.
Polisin məlumatına görə, model zəhərli maddə ilə zəhərlənib, daha sonra isə boğmağa çalışıblar.
Qonzalezin qətlində onun qonşusu 45 yaşlı Kristofer Prestipino şübhəli bilinir.
Onun saxlanıldığı bildirilir.

Paylaş: