Bu məşhurlara “Eurovision” qadağası qoyuldu
Tarix: 18-10-2019, 11:56

Bu məşhurlara “Eurovision” qadağası qoyuldu


Bir neçə gün bundan əvvəl Ukrayna “Eurovision” mahnı müsabiqəsi ilə bağlı seçim qaydalarını yeniləyib. Qaydalara əsasən, 2014-cü ildən bugünə qədər Rusiyada səhnəyə çıxmış ifaçılar müsabiqəyə qatıla bilməz. Qərar Ukrayna və Rusiya KİV-lərində müzakirələrə səbəb olub, sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, mövzu barədə Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin (NOTU) İdarə Heyətinin sədri Zurab Alasania açıqlama verib. 
Kanal rəsmisi qeyd edib ki, Avropada Ukraynanı təmsil edən sənətçi təkcə istedadlı olmamalıdır: “Məsuliyyətini dərk etməli, Ukrayna cəmiyyətinin mövqeyini, dəyərlərini orada bölüşməlidir”.
Bundan əlavə, “Eurovision”a gedə bilməyən sənətçilərin siyahısı da açıqlanıb. Onlar Xalq artistləri Verka Serdyuşka, Ani Lorak, Əməkdar artist Svetlana Loboda, İvan Dorn, MARUV, Alekseev və başqalarıdır.

Paylaş: