"Gənc qızları psixoloqa göndərin" - Məleykə Əsədova
Tarix: 18-10-2019, 11:36



“Uşaqların o yaşıdır ki, ağılla sevə bilmirlər. Ya biri özünü öldürür, ya başqa şey edir. Valideyn mütləq maraqlanmalıdır. Övladlarınız sərt müdaxilə edəndə, çevrəsi də ona təsir edir. Qızın da zəif nöqtələri var ki, başa düşmür. Həmin an düşünmür. Çünki ağılla hərəkət etmir”.

Bu sözləri Xalq artisti Məleykə Əsədova “Bizimləsən” proqramında deyib.

O, valideynlərin gənc qızlarının həyatına sərt müdaxilə etmələrini qınayıb:

“Bizdə psixoloqa müraciət etməyə elə baxırlar ki, guya başında nəsə çatmır. Yanlış fikirdir. Gənc qızları psixoloqa göndərin. Müdaxiləniz alınmırsa, müraciət edin. Qızların elə yaşlarıdır ki, avaranı da sevə bilərlər. Sevginin sərhədi yoxdur”.




Paylaş: