Xalq artisti Mənsum İbrahimov Gürcüstanda çıxış edəcək
Tarix: 17-10-2019, 15:10




Oktyabrın 29-da Gürcüstanda “Azərbaycan –Gürcü musiqi mədəniyyəti:tarixi köklər, müasir əlaqələr və gələcək perspektivlər” mövzusunda tədbir keçiriləcək.
Open.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi və Gürcüstan Dövlət Folklor Mərkəzinin təşəbbüsü ilə keçiriləcək tədbirin bədii hissəsində Xalq artisti, muğam ustadı Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu çıxış edəcək.
Konsertdə Gürcü Folklor musiqisindən də nümunələr səsləndiriləcək.
Tbilisi şəhərinin Dövlət Folklor Mərkəzində baş tutacaq tədbir oktyabrın 29-da saat 12.00-da başlanacaq.

Paylaş: