Müğənniyə ad günü hədiyyəsi: 4 milyon dollarlıq üzük
Tarix: 17-10-2019, 12:50




Məşhur reper Offset həyat yoldaşı Kardi B-yə ad günü hədiyyəsi olaraq  4 milyon dollarlıq üzük alıb.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, sözügedən üzükdəki brilliant böyüklüyünə görə “Titanik brilliantı” adlanır. 
Kardi B-nin aldığı hədiyyəyə olan reaksiyası çoxlarını qəzəbləndirib. Belə ki, o, “Buna layiqəm”, - deyə bildirib. 
İzləyicilərinin bəziləri onu sərt tənqid edib və üzüyün dəyəri ilə minlərlə insanın qarnını doyuzdura biləcəyini yazıblar. 
Qeyd edək ki, Kardi B və Offset cütlüyü lüks həyat tərzləri ilə hər zaman gündəmdə olub. Offsetin müğənniyə evlilik təklifi etdiyi üzüyün dəyəri 500 min dollar idi. 




Paylaş: