Aysel Əlizadə də YENİ TRENDƏ qoşuldu
Tarix: 17-10-2019, 12:31



Son günlər şou-biznesin xanım üzvləri arasında yayılan saçkəsdirmə trendinə müğənni Aysel Əlizadə də qoşulub.

BiG.AZ xəbər verir ki, hər zaman uzun saçda dolaşan sənətçi bu dəfə dəyişiklik edib.

Ayselin qısa saçlarına sənət dostları biganə qalmayıb. Onlar qısa saçı ifaçıya yaraşdırıblar.

Amma Ayselin əslində parikdən istifadə etməsi aydın olub.

Qeyd edək ki, Əməkdar artist Lalə Məmmədova, aparıcı Kəmalə Piriyeva, müğənni Elnarə Xəlilova, qarmon ifaçısı Gülbahar Şükürlü və başqaları saçlarını qısa saçlarla yenilik ediblər.

Paylaş: