Günel Hümbətova Viktoriya Bekhemlə bir arada
Tarix: 16-10-2019, 10:07

Günel Hümbətova Viktoriya Bekhemlə bir arada - FOTO

Tanınmış aparıcı və blogger Günel Hümbətova sosial şəbəkədə yeni foto paylaşıb.
Open.az xəbər verir ki, Hümbətova bu dəfə dünyaca məşhur modelyer və keçmiş müğənni Viktoriya Bekhemlə görüşüb.
ABŞ-da yaşayan Hümbətova Bekhemlə səmimi pozada şəkil çəkdirərək, sosial şəbəkədə yayımlayıb: "Dəhşətli hisslərdir. Uşaqlıqdan hər zaman ilhamlandığın, istər ana kimi, qadın kimi, uğurlu iş qadını kimi, dəb ikonası kimi özünə örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi event’inə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq".
Xatırladaq ki, Hümbətovanın həyat yoldaşı Firuz Soliyev Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.


Günel Hümbətova Viktoriya Bekhemlə bir arada - FOTO
Günel Hümbətova Viktoriya Bekhemlə bir arada - FOTO

Paylaş: