Manaf Ağayev ƏSƏBİLƏŞDİ: "Səni ilan kimi çalaram"
Tarix: 15-10-2019, 17:12



Müğənni Manaf Ağayev haqqında yazılan neqativ yazılardan təngə gəlib.
Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Şou ATV”-də danışıb:
“Haqq-ədaləti çox sevirəm. Ədalətsizliyi bağışlaya bilmirəm. Damla-damla hörmət yığmışam. Bakı balaca kənddir. Hamı bir-birini yaxşı tanıyır. Qızım, oğlum, bacım, qardaşım mənə baxır. Pis nəsə yazmaq olmaz. İndi ancaq pis işlərimi yazırlar. Bir dəfə də görmədim yazsınlar ki, Manaf konsert verdi, kiməsə yardım etdi. Ona görə də dayandım. Heç kimin etdiyini unutmuram. Cavabları olacaq. Hələ yığıram. Adamın əsəbləri ilə oynamaq olmaz. Kimsə mənim xətrimə dəyirsə, ailəm haqqında nəsə pis yazsa, cavabsız qalmayacaq. Vallah bir gün partlayacam. Adam fikirləşir ki, əlimdən xəta çıxacaq. Gürzə ilanı kimi səni çalaram, xəbərin də olmaz”.




Paylaş: