Məşhur müğənniyə təcavüz edildi
Tarix: 15-10-2019, 15:59




Yaponiyalı müğəni Ena Matsuoka təcavüzə məruz qalıb.
“Ölkə.Az” xəbər verir ki, 26 yaşlı təcavüzkar  21 yaşlı ifaçının evinə girərək onu zorlayıb.
Araşdırma zamanı məlum olub ki, manyak Matsuokanın ünvanını “Google” xəritədən tapıb. Belə ki, o, ifaçının paylaşdığı fotosunda əksi onun gözünə düşən qatar stansiyasını görüb. Sonra fotonu yaxınlaşdıraraq oranın hansı stansiya olduğunu müəyyənləşdirib. Daha sonra o, xəritədə ünvanı taparaq, məkirli planını həyata keçirmək üçün ora yollanıb.
O, köməksiz qadını zorlayaraq hadisə yerindən uzaqlaşıb.




Paylaş: