Kıvançdan xəyanət iddialarına CAVAB
Tarix: 15-10-2019, 15:16



Həyat yoldaşı Başak Dizeri "Victoria Secret"in modeli Sara Sampayo ilə aldatdığı iddia edilən məşhur aktyor Kıvanç Tatlıtuğ səssizliyini pozub.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, aktyot yayılan xəbərlərin yalan olduğunu bildirib.
O, bununla bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb: "Son hadisələr barədə mənimlə bağlı yayılan xəbərləri səssizcə izləyirəm. Hər zaman fəaliyyətimi və ya işimi tənqid etmək hüququnuz var. Ancaq ailəm və evliliyimlə bağlı xəbərlər bir neçə gündür həm şəxsi hüquqlarımı, həm də ailənin müqəddəsliyini nəzərə almır. Haqımda yayılan əsassız xəbərlərə görə qanunla hərəkət edəcəyəm".
K.Tatlıtuğ heç bir sənəd və sübut olmadan media vasitəsi ilə evliliyi ilə bağlı reallığa uyğun olmayan açıqlamaları qəbul edə bilmədiyini söyləyib.



Kıvançdan xəyanət iddialarına CAVAB

Paylaş: