"Onu elə pərt edəcəm ki..." - Kərim Nazimə qurduğu planından danışdı
Tarix: 15-10-2019, 13:07




Müğənni Kərim Abasov Tolikin  (Tarix Əliyev) "YouTube" layihəsi olan "Tolik ilə səmimi" verilişində qonaq olub.
 
Primetime.az xəbər verir ki, o, həmkarı Nazim Pişiyari ilə aralarındakı olan ədavətdən söz açıb:
 
"14 il qabaq toyda olanda Nazim mənə qarşı hörmətsizlik edib. Təqdimatımdan sonra o, mikrofonu mənə verəcəkdi. Amma Nazim "Eto moy zubnaya şotka" deyib mikrofonu verməkdən yayındı. Mən də məcbur olub toyda "şnurlu" mikrafonla çıxış etdim. Əsəbdən yarım saatlıq toyda cəmi 15 dəqiqə oxudum. O, məndən inciyib, şouda 5 kişiyə tapşırdı ki, Kərimi birinci gün çıxardaq. Nazimə orada da dedim, indi də söyləyirəm: "Onu yaxınlarda elə pərt edəcəm ki, baxıb güləcəksiniz".  Onun getmək planını mən qurdum. Niyam da dediklərimi etdi, sağ olsun, mən bunu dəyərləndirirəm".

Paylaş: