Uşaqdakı fərasətə bax... hamını aldadıbmış...
Tarix: 15-10-2019, 12:28



Xəbər verdiyim kimi, ötən gün “Maşın” realiti-şousunu aparıcı Kəmalə Priyeva tərk edib.
 
Primetime.az xəbər verir ki, Kəmalə yarış sonrası baku.tv-yə açıqlama verib. Aparıcı dördlüyə kimi gəlməsindən söz açıb:
 
“Hamını qorxutdum ki, mənə sms gələcək, mən güclüyəm. Bax bu mənim taktikam idi. Onları qorxuda-qorxuda bura kimi gəlmişəm. Fiziki cəhətdən, özümə inanırdım. Səmimi açıqlama verirəm. Hamı məndən sirrimi soruşurdu ki, necə ola bilər ki, heç bir qruplaşmada olmadan, dördlüyə kimi gəlib çıxdın. Mən hamıya diqqətlə qulaq asırdım. Psixoloji vəziyyətlərindən bələd idim. Onlar elə düşünürdülər ki, mən səsverməyə çıxsam, səs toplayıb, hamını vuracam. Gördünüz, səs toplaya bilmədim. Bura kimi hamını aldatmışdım. Bəlkə, hədəfimi açıqlamasaydım... Amma mən axı əvvəldən demişdim ki, hədəfimi açıqlayacağam. Sunanın qalib olmağını istəyirəm”.  

Paylaş: