Rihanna yeni kitabı "The Rihanna Book"u təqdim etdi
Tarix: 14-10-2019, 16:58




Dünyaca məşhur müğənni Rihanna uşaqlığından dünya turlarına, müxtəlif moda dəfilələrindən ailəsi və dostları ilə olan özəl anlarına qədər bir çox məqamı paylaşdığı kitabı "The Rihanna Book"un Nyu Yorkda yerləşən Guggenheim muzeyində təqdimatını keçirib.
 
Primetime.az xəbər verir ki, ifaçı 504 səhifə və 1050 fotodan ibarət kitabın təqdimatında heyranlarının böyük marağı ilə qarşılaşıb. 31 yaşlı müğənni klassik versiya ilə yanaşı "Rihanna: Fenty x Pheaton", "Rihanna: Luxury Supreme", və "Rihanna: Ultra Luxury Supreme" adlı 3 fərqli məhdud saylı versiya yayımlayıb.
 
Sadəcə 10 ədəd buraxılışı olan "Rihanna: Ultra Luxury Supreme" nəşrinin biri bu ilki "Diamond Ball"da Kardi B tərəfindən 110 min dollara alınıb.





Paylaş: