Məşhur müğənni evində ölü tapıldı
Tarix: 14-10-2019, 15:36




Cənubi Koreyada fəaliyyət göstərən məşhur müğənnilərdən biri 25 yaşlı Sulli ləqəbli Çoi Jin-ri dünyasını dəyişib.
 
Primetime.az xəbər verir ki, bir vaxtlar "f(x)" adlı qrupun üzvü olan və "Instagram"da 5.9 milyondan çox izləyiciyə sahib müğənni paytaxt Seuldakı evində ölü tapılıb.
 
Müğənniliklə yanaşı aktrisalıq fəaliyyəti də olan Sullinin ölüm səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.



Paylaş: