SSRİ Xalq artistinin xanımı reanimasiyadadır
Tarix: 10-10-2019, 15:58




Rusiyanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Anatoli Papanovun həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Open.az xəbər verir ki, 94 yaşlı Nadejda Karataeva sətəlcəm olub və xəstəxanaya aparılarkən yolda vəziyyəti ağırlaşıb.
Rusiyanın informasiya agentlikləri Nadejda Karataevanın ölüm xəbərini yaysalar da az sonra məlum olub ki, o, sağdır.
Hazırda reanimasiyada olan Nadejda Karataeva haqqında son məlumatları qızı Yelena Papanova açıqlayıb.
Qeyd edək ki, N.Karataeva Anatoli Papanovla 1945-ci ildə ailə qurub və aktyorun ömrünün sonuna qədər onun yeganə həyat yoldaşı olub.
Nadejda Karataeva 1950-2014-cü illərdə Moskva Satira Teatrında çalışıb. Bir çox tamaşalarda və filmlərdə maraqlı obrazlar ifa edib.
Xatırladaq ki, görkəmli aktyor Anatoli Papanov 1987-ci il avqustun 5-də vəfat edib.



SSRİ Xalq artistinin xanımı reanimasiyadadır - FOTO


Paylaş: