Kokain Elton Conun kameralar qarşısında lüt soyunmasına — SƏBƏB OLDU
Tarix: 10-10-2019, 12:57




İngiltəri müğənni Elton Con həyatının bəzi məqamlarından danışıb.
“Ölkə.Az” xəbər verir ki, o, kameralar qarşısında soyunduğunu, spirt və kokainin təsiri altında menecerini döydüyünü, həmçinin narkotik maddə səbəbiylə “The Rolling Stones” konsertində səhnəni tərk etməkdən imtina etdiyini söyləyib.
Müğənni köməkçisinin onu Kanndakı bir oteldə oyadıb otağına apardığı hadisəni də xatırlayıb.
“Bir gün “I Still Standing” mahnısı üçün klip çəkirdik.
Səhər mən ora daxil olanda otağı dağınıq gördüm. Köməkçidən nə baş verdiyini soruşduqda o mənə “Con, sən baş vermisən”,- cavab verdi. Klip çəkildikdən sonra mən bir neçə həb kokain qəbul edib üzərindən spirtli kokteyl qəbul etmişəm. Sonra köməkçimə qışqırıb kameranın yandırmasını istəmişəm. Tamamilə  lüt soyunub kameranın qarşısında dayanmışam.  Keçmiş sevgilim Con Reid məni  dayandırmağa çalışarkən onu döymüşəm”.
Müğənni,“Rolling Stones”ın Koloradadakı konsertində bir neçə mahnı ifa etmək üçün dəvət olunduğunu da xatırlayıb.
“Mənə elə gəldi ki, konsert çox yaxşı gedir, buna görə də sona qədər səhnədə qalmağa qərar verdim.
Lakin bir neçə mahnıdan sonra anladım ki,  Keyt Riçardsın üzündəki ifadə bir musiqiçi kimi mənə təşəkkür etmir",- deyə bildirib.

Paylaş: