Selena Qomesin "yuxulu" selfisi bir günə 8 milyon "like" topladı
Tarix: 10-10-2019, 11:58




Məşhur müğənni Selena Qomes şəxsi "İnstagram" səhifəsində "təbii" fotosunu paylaşıb.

BiG.AZ-ın womanhit.ru-ya istinadən verdiyi xəbərə görə, pop-ulduzun makiyajsız, dağınıq saçlarla və yuxulu halda yatağında çəkdirdiyi həmin foto bir günə 8 milyondan çox "like" toplayıb.

"Mən, həmişəki halımla" (Me, all the time"), - deyə Qomes öz şəklini şərh edib.

View this post on Instagram

Me, all the time

A post shared by Selena Gomez (@selenagomez) on



Pərəstişkarları ulduzu səmimiliyinə və cəsarətinə görə alqışlayıblar. Şərh yazanların arasında Hollivudun aparıcı dırnaq ustası Tom Baçik və müğənni Culiya Mayklz da var.

Bəziləri Qomesin üzgün göründüyünü yazıb. Bu üzgünlüyün səbəbini onun keçmiş sevgilisi Castin Biberin Heyli Bolduinlə evlənməsində görənlər də olub.

Paylaş: