Kəmalə əlini maşından çəkib? - Açıqlama
Tarix: 10-10-2019, 10:46

Kəmalə əlini maşından çəkib?

Aktrisa-aparıcı Kəmalə Piriyevanın “Maşın”ın 7-ci buraxılışında qayda pozması barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda aparıcının sağ əlini avtomobildən götürməsi əks olunub.
Bu da instaqramda layihəni ərsəyə gətirən “M Group Production”ın tənqid edilməsi ilə nəticələnib. İddia olunur ki, Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi şirkət Kəmalənin bu addımına göz yumub. Yarışmanın dünənki buraxılışında sözügedən görüntülər barədə söhbət açılmaması şayiələri daha da gücləndirib.
Hətta, müğənni Rəqsanə İsmayılova və prodüser Tarix Əliyev də həmin kadrları paylaşaraq Kəmalənin qayda pozduğunu iddia edib.
“Qafqazinfo” mövzu ilə bağlı prodakşınla əlaqə saxlayıb. Qeyd olunub ki, K. Piriyeva heç bir qayda pozmayıb: “Paylaşılan kadrlar canlı efirdə gedib. Kəmalə Piriyeva bir əlini maşından çəkərkən digərini aşağı hissədən tutub. Sadəcə olaraq iştirakçı çevrilən zaman kadrda bir əli düşüb. İnsanlar da düşünür ki, aparıcı əlini avtomobildən çəkib”.

VİDEO BURADA​​​

Paylaş: