Rəqsanə qızı üçün "Maşın Şou"da 5 min manat xərclədi
Tarix: 10-10-2019, 10:11




Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə maraqlı açıqlamalar verib.
Open.az xəbər verir ki, Rəqsanə qızı Aysun İsmayılovaya "Maşın Şou"da qalmaq üçün çox dəstək olduğunu bildirib.
O, səsverməyə çıxan Aysun üçün kartından xərclədiyi pulun miqdarını da etiraf edib: "Aysun saf qızdır. Onun hiyləgərliyi yoxdur. Ona görə də tez çıxdı. Mənə deyirlər ki, qızıma dəstək olmamışam. Təkcə bir gündə öz hesabımdan 196 min rubl pul xərcləmişəm. Bu da hardasa 4-5 min manat edir. İlk dəfə Aysun Məcidin getməsinə səs istədi. 1500 manat Məcidin getməsinə pul qoydum. Sonra Aysun mənə xəbər göndərdi ki, Məcid oyunda qalsın. Mən təzədən Məcidin qalmasına səs yolladım. Məcid kimdir ki, ona 1000-1500 manat pul ayırım? Haram xoşu olsun. Kişi sözünün üstündə durar. O, düzgün oyun aparmadı".

Paylaş: