Xalq artistinin anım günüdür
Tarix: 10-10-2019, 09:58



Bu gün mərhum Xalq artisti Nuriyyə Əhmədovanın anım günüdür.
Cebhe.info-nun məlumatına görə, 1950-ci ildə Bakıda anadan olan N.Əhmədova M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. 
Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. “Bəxt üzüyü”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”, “Bəyin oğurlanması”, “Burulğan”, “Qətl günü”, “Ölsəm, bağışla”, “Yaşıl eynəkli adam” və s. filmlərdə çəkilib.
Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

Paylaş: