Əməkdar artistlər Mübariz İbrahimovun atasının ziyarətində
Tarix: 9-10-2019, 18:13




Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərov açıq ürək əməliyyatı olan Şəhid Mübariz İbrahimovun atası Ağakərim İbrahimovu ziyarət ediblər.
BakuPost xəbər verir ki, “Bu Şəhərdə”nin ssenaristi Müşviq Abbasov Facebook səhifəsində fotolar paylaşaraq yazıb: “Bu günlərdə Milli Qəhrəmanımız Mübariz İbrahimovun Atası Ağakərim İbrahimov açıq ürək əməliyyatı keçirib. Allaha şükür indi özünü yaxşı hiss edir. Öz növbəsində göstərdikləri hər tərəfli dəstəyə görə Ağakərim Əmi Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirir”.






Paylaş: