Xalq artistimiz xəstə imiş: "Saçlarım töküldü və..."
Tarix: 9-10-2019, 09:40



Xalq artisti Zabit Nəbizadə ilk dəfə səhhətində yaranan problemlərdən danışıb. Lent.az -ın məlumatına görə, xanəndə bildirib ki, bu günə qədər bir neçə xəstəliklə üz-üzə qalıb:
“Ağrılara dözdüm, 6 ay yataq xəstəsi oldum. Ayağa dura bilmirdim. Ayağımdan 4 ay irin gəldi. Onkoloji diaqnoz qoyuldu. Kimyaterapiya qəbul etdim, saçlarım töküldü. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum. Sonuncu əməliyyata getmək istəmirdim. Deyirdim nə olursa olsun. 2 ildən sonra bildim ki, onurğamda yırtıqda var. Sonra Hepatit C xəstəsi olduğumu öyrəndim. İranda müalicə olundum”.



Paylaş: