Məşhur müğənni kitab buraxdı, 110 min dollara satdı
Tarix: 9-10-2019, 08:47




Məşhur müğənni Rihanna musiqi, film və dəbdən sonra kitab dünyasına da əl atıb.
Sputnik Azərbaycan xəbər verir ki, 31 yaşlı barbadoslu müğənni "The Rihanna book" adlı kitabını ABŞ-da satışa çıxarıb.
504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab bütün dünyada satışa 10 oktyabrda çıxacaq. Satış qiyməti isə 175 dollardır.
Kitab həmçinin, "Rihanna: Fenty x Phaeton", Rihanna tərəfindən imzalanan "Rihanna: Luxury Supreme" və "Rihanna: Ultra Luxury Supreme" adlı üç məhdud saylı versiyası ilə satışa çıxır.
Qeyd edək ki, kitabın sadəcə 10 ədəd istehsal edilən "Rihanna: Ultra Luxury Supreme" versiyasını müğənni Kardi Bi 110 min dollara satın alıb.



Paylaş: