Şou-biznesin subay xanımları – SİYAHI
Tarix: 21-09-2017, 10:25


Estrada səhnəsinin bəzi xanım ulduzları hələ də ailə həyatı qurmayıb. Onlar ailə qurub uşaq sahibi olmaq istəsələr də, bəziləri həyatlarının bu vacib anını hələlik gələcək planlarında saxlamaqdadır. PrimeTime.Az şou-biznesin indiyə kimi hec vaxt ailə qurmamış xanım müğənnilərin siyahısını təqdim edir. Estrada aləminin sevilən ifaçılarından olan Sevda Yahyayeva bu günə qədər ailə qurmayıb. Onun evlilik planları barədə hələ düşünmədiyi məlumdur. Bir çox evlilik təklifləri alan Sevda yaxın gələcəkdə toy fikirləşmədiyini bildirib. Bir sıra evlilik təklifi gəldiyini deyən yerli şou-biznesin digər ifaçısı Günay İbrahimli həyatında biri olduğunu desə də, hələlik heç bir səs-soraq yoxdur. Digər subay şou-biznes nümayəndəsi gənc ifaçı Aysel Əlizadədir. Müğənni seçim qarşışında qalsa sənətini ailə həyatına qurban verəcəyi qənaətindədir. Bildiyimiz kimi əmaəkdar artist Aybəniz Haşımovanın yeganə övladı olan Aynişan da subayların sırasında yer alır. Səidə Sultan da bu günə kimi heç vaxt ailə qurmayan müğənnilərin sırasındadır. Bu yaşa qədər subay qalan ifaçı ailə qurduqdan sonra sənətindən uzaqlamağı planlaşdırır. Səhnəmizin subayları arasında müğənni Leyla Ramazanlı da yer alır. Sevil və Sevinc bacıları da subay müğənnilər arasındadır. Türkiyədə yaşayan müğənnimiz Günel Zeynalova da subayların siyahısına daxildir. Belə ki, türkiyəli iş adamı ilə nişanlı olan Günelə ailə qurmaq hələlik nəsib olmayıb.

Paylaş: