"Qəlbimə dəyəni, gözümün içinə baxa-baxa yalan danışanları..." - Xalq artisti
Tarix: 8-10-2019, 11:24




Xalq artisti Firəngiz Mütəllimovadan xəbər var.

BiG.AZ xəbər verir ki, aktrisa son zamanlar sosial şəbəkə hesabında paylaşımları ilə diqqət çəkib:

Mütəllimova paylaşımlarına "Səbr et, arxandan quyu qazanların qazdıqları quyuya düşəcəkləri günlər yaxındadır. Allah hər kəsin ürəyinə görə verir. Təmizqəlbli, səmimi insanları salamlayıram. Həyatda nə olursa, ancaq yaxşılığa doğru olur. Allah bizi saxtakar insanlardan, şeytanruhlu məxluqlardan qorusun. Kiminsə yazdığı statusu oxuyub, vicdan əzabı çəkməyək. Təşvişə düşən bəzi insanlar kimi... Siz görməsəniz də, bilməsəniz də Allah hər göz yaşınızın intiqamını alır. O qədər doğru deyilib ki... Allah o qədər böyükdür ki... Heç vaxt heç kimə qarğış eləmirəm, eləmərəm də. Qəlbimə dəyəni, gözümün içinə baxa-baxa yalan danışanları tək olan, gözə görünməyən uca rəbbimə həvalə edirəm. Allah gec edir, güc edir" kimi rəylər yazıb.

İzləyiciləri aktrisanın depressiyada olduğunu, xəyanətlə üzləşdiyini vurğulayıblar.

Paylaş: