Sıla ilə sevgili olduğunu etiraf etdi
Tarix: 8-10-2019, 10:36




Türkiyənin tanınmış aşbazı Hazer Amani pop ulduz Sıla Gencoğlu ilə sevgili olduğunu etiraf edib.  “Qafqazinfo” xəbər verir ki, o, ötən gün sənətçinin İstanbuldakı konsertində görüntülənib. 
KİV nümayəndələrinin suallarını cavablandıran Amani müğəni barədə səssizliyini pozub: “Münasibətimiz möhtəşəmdir, gözəl bir şəkildə davam edir”. 
Qeyd edək ki, yanvar ayında cütlük səmimi bir şəkildə görüntülənmişdi. Lakin nə Sıla, nə də Hazer münasibətlərini təsdiqləmişdilər.  Onlar yeni bir layihə üçün bir araya gəldiklərini bildirmişdilər. 







Paylaş: