"Heç kim gələcəyi indidən deyə bilməz"
Tarix: 8-10-2019, 10:12




"Maşın" şouda müğənni Aysun İsmayılova ilə reper Qurdun səmimi görüntüləri müzakirələrə səbəb olub.

UlduzumSan.Az xəbər verir ki, sosial şəbəkədə də səs-küy yaradan bu cütlüyün sevgili olduğu iddia edilib. Maraqlısı isə odur ki, şoudan əvvəl Qurd və Aysun heç bir yerdə birlikdə görünməyib, hətta sosial şəbəkədə də birlikdə paylaşımlar etməyib.

Söz-söhbətə Aysun "Maşın"da son qoyub. O, Qurdla sevgili yox, ailə dostu olduqlarını söyləyib.

Bir neçə gün əvvəl isə reper ifaçıya gül dəstəsi apararaq, ona şouda dəstək olduğunu vurğulayıb.

Aysun sevgili iddialarını rədd etsə də, Qurdun reaksiyası fərqli olub. O, müğənnini öpən yerdə şəkil yayımlayaraq "Heç kim gələcəyi indidən deyə bilməz. Amma hal-hazırda olan status sadəcə, dostluqdur. Bu güllər isə ona olan dəstəyimin nümunəsidir" yazaraq, hisslərini büruzə verib.

Qeyd edək ki, Qurd həyat yoldaşından boşanıb. Cütlüyün iki övladı var.

Axşam.az

Paylaş: