Bir ay əvvəl boşanan məşhur cütlük yenidən evlənir
Tarix: 7-10-2019, 11:29


9 ay evli qaldıqdan sonra ötən ay boşanan Burcu Kıratlı və Sinan Akçıl cütlüyü yenidən evlənir.

BiG.AZ xəbər verir ki, Sinan Akçıl 24 sentyabrda "Milad" sözlərini instaqramda paylaşaraq barışdıqları mesajını verib.

“Ən dəyərli varlığım Burcudur” statusuna müğənni belə açıqlama verib: “Sona qədər bu sevginin arxasındayam. Həyatımdakı ən qiymətli varlığım Burcudur”.

Xırda bir məslə üstündə dalaşıb boşandıqlarını söyləyən cütlük bir-birini hələ də çox sevdiklərini etiraf edib. Burcu Kıratlıya ikinci dəfə təklif edən Sinan Akçıl "HƏ" cavabını alıb.

Bir ay əvvəl boşanan məşhur cütlük yenidən evlənir - FOTO


Paylaş: