“Onun-bunun ərindən özünə ər düzəldirsən ki…” - Tanınmış aparıcı Şəbnəmlə Afəti yıxıb-sürüdü
Tarix: 7-10-2019, 09:43

“Onun-bunun ərindən özünə ər düzəldirsən ki…” –  Tanınmış aparıcı Şəbnəmlə Afəti yıxıb-sürüdü – Qalmaqallı VİDEO

“Ərindir, vur qoltuğuna, şəkil çəkdir, daha qolu-ayağı, qarnı ilə niyə çəkdirirsən”. Yenicag.az xəbər verir ki, bu sərt sözlər ARB TV-nin efirində, “Səhər-Səhər” verilişinin aparıcısı Rövşanə Ağasəfqızı tərəfindən səsləndirilib. 
Son günlərin trend mövzusu olan “hacının qolu ilə şəkil” mövzusuna sərt münasibət göstərən tanınmış telejurnalist həmin şou-biznes nümayəndələrini bu ağır sözlərə qonaq edib: “Onun-bunun ərindən özünə ər düzəldirsən ki, ancaq qolunu-qıçını göstərə bilirsən”. 
Kişinin ailəsi olduğuna görə, özünü deyil, bədən üzvlərini göstərdiklərini deyən aparıcının sözlərinə qonaqlarından da dəstək gəlib. 
R.Ağasəfqızının bu sözləri ilə naməlum həyat yoldaşlarının qol və ayağı ilə şəkil çəkdirən müğənnilər Afət Fərmanqızı ilə Şəbnəm Tovuzlunu xatırladıb. Qeyd edək ki, Afət Fərmanqızının başqasının həyat yoldaşını ələ keçirdiyinə dair iddialar var. 
Həmin videonu təqdim edirik:

VİDEO BURADA​​​

Paylaş: