"Jara" 2020-də kimlər olacaq?
Tarix: 5-10-2019, 11:26



Xalq artisti Emin Ağalarov "Jara" beynəlxalq musiqi festivalının 2020-ci ildəki tarixini açıqlayıb.

5-ci ildir Bakıda keçirilən musiqi tədbirin yubileyinə müğənni xüsusi hazırlaşdıqlarını söyləyib. O bildirib ki, festival 5 gün davam edəcək:

"Festival 29 iyuldan 2 avqusta qədər keçiriləcək. Festivalın ilk günü maraqlı açılış olacaq. İkinci gün isə Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. Orada böyük sənətkarlar çıxış edəcəklər. Festivalın üçüncü günü Dima Malikovun yaradıcılıq gecəsi planlaşdırılır. Avqustun 1-də isə beynəlxalq gecə keçiriləcək. Burada dünyanın bir çox yerindən müğənnilər çıxış edəcəklər. Sonuncu gün isə bağlanışdır və gənc ifaçılar səhnəyə çıxacaqlar".

Qeyd edək ki, "Jara" festivalında Rusiya şou-biznesinin ulduzları və məşhurlarımız yer alırlar.

Paylaş: