“Aygün Kazımova Allah əziyyətinizi yerdə qoymasın...”
Tarix: 21-09-2017, 08:47


Azərbaycanın tanınmış prodüseri Tarix Əiyev (Tolik) xalq artisti Aygün Kazımovaya xeyir-dua verdi

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova sentyabrın 22-si "Crystall Hall"da solo konsert proqramı ilə çıxış edəcək.

UlduzumSan.Az xəbər verir ki, prodüser Aygün Kazımovanın sentyabrın 22-si baş tutacaq solo konsertinin anonsunu öz sosial media hesabından paylaşım edərək  fərqli bir şəkildə pop divaya xeyir dua yazıb:
Çox az qaldı 2 gün möhtəşəm konsertə. Aygün Kazımova allah əziyyətinizi yerdə qoymasın. İnşallah konsertdən sonra canlı - canlı qonağımız olarsınız. Artıq rezerv elədim.
Qeyd edək ki, sənətkar fəaliyyətinin 30 illiyinə həsr olunan gecədə yeni və sevilən mahnılarını ifa edəcək. Aygün Kazımova ilə birlikdə səhnədə peşəkar rəqqaslar öz performanslarını nümayiş etdirəcək.

Paylaş: