“O məclisdən 3-4 maşının pulun qazanmışam” - Namiq
Tarix: 8-06-2017, 13:11


“Soyuqdur” mahnısından sonra əslində işlər çoxdur. Seçimlər edəcəyik. Çox istəyərəm ki, “İstidir” adlı mahnı gəlsin. İstiyə aid hansısa mahnı gəlsin. Dəniz mövzusunda da, meyxana stilində bir mahnım var. İstəyirəm ki, onu da hazırlayım”. 
“Qafqazinfo” xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Şou məkan” verilişinə qonaq olarkən deyib. 
İfaçı ən çox pulu meyxanadan qazandığını söyləyib:
“Çünki meyxana elə bir şeydir ki, ola bilər ki, sən məclislərə aşağı qiymətə gedirsən. Ancaq elə bir məclisə düşmüşəm ki, mən orda iki mənzilin, üç-dörd maşının pulunu qazanmışam. Azərbaycandan kənarda elə məclislər olub ki, imkanlı biri çıxıb qarşıma və mənim sənətimin pərəstişkarı olub, hörmətini edib. Ona görə meyxana mənim üçün qazanclı olub. 
Mən qazanca meylli adam deyiləm. Ola bilər ki, zamanında heç nəyim olmayanda çalışmışam ki, qazanım. İndi varım-dövlətim, bahalı evim və maşınım olmasa da, dolanıram, bu mənə bəs edir. Hazırda mən musiqiyə daha çox meyilliyəm. Daha çox lirikaya meylliyəm. İllərdir ki, 6-8 ritmi ilə yazıram. Lirik mahnılar çox yazandan sonra 6-8 rahat gəlir”.

Paylaş: