Fədayə Laçın Prezident İlham Əliyevə — TƏŞƏKKÜR ETDİ
Tarix: 1-10-2019, 16:06




Hazırda həbsdə olan müğənni Fədayə Laçın Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə "Ölkə.Az"-a sənətçinin bacısı, müğənni İlahə Fəda məlumat verib:
"Fədayə ilə telefon əlaqəsi saxladıq. Bu məsələdə əməyi heçən hər kəsə, xüsusən cənab İlham Əliyevə təşəkkürünü bildirdi".
İ.Fəda bildirib ki, F.Laçının cəzası azaldılandan sonra "yoxa çıxan" bəzi həmkarları da onunla əlaqə saxlayıb:
"İki ildir yoxa çıxan sənət adamlarından da xeyli zənglər gəldi. Amma mən heç kimdən incimirəm. Əsas odur ki, hər kəsi daha yaxşı tanımaq imkanımız oldu".
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.

Paylaş: