Vüsalənin ailəsində ağır itki
Tarix: 30-09-2019, 16:54




Aparıcı-prodüser Vüsalə Kərimovanın ailəsində ağır itki üz verib. UlduzumSan.Az bildirir ki, bu haqda aparıcının özü açıqlama verib: "Ailəmizdə ağır itki üz verib. Xalamın həyat yoldaşı Sabir müəllim vəfat edib. 67 yaşı var idi. O, uzun illər orta məktəbdə direktor işləyib. İllər idi ki, ürəyində yaranan problemlərə görə əziyyət çəkirdi. Xalamın əri ikinci dəfə infarkt keçirdi və 5 gün komada qaldıqdan sonra dünyasını dəyişdi. Hazırda Qax rayonunda yas mərasimindəyəm. Allah xalama və övladlarına səbr versin".
Allah rəhmət eləsin!

Paylaş: