Jurnalistlər Rasim Balayevi əsəbiləşdirib
Tarix: 30-09-2019, 12:24




Xalq artisti Rasim Balayevin səhhətində  ciddi problemlərin yarandığı barədə xəbərlər mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. Hətta Xalq artistinin xəstəliklə əlaqədar ayaqlarının da tutulduğu və xəstəxanaya yerləşdirldiyi vurğulanır.

Modern.az-ın əməkdaşı  Xalq artistinin səhhəti ilə bağlı məlumat öyrənmək üçün onunla əlaqə saxlayıb. Rasim Balayev vəziyyətinin əla olduğunu bildirib:

“Sadəcə məni əsəbləşdirən odur ki, oxunsunlar deyə bəzi saytlar məni xəstə vəziyyətinə salıblar. Yalnış  informasiyalar yayırlar. Yalandır, səhhətimdə heç bir ciddi problem yoxdur! Özüm də artıq haqqımda yazılanlara inanmıram. Heç kimə də bununla bağlı informasiya vermək istəmirəm”.

Paylaş: