Leyla elə arıqladı ki, heç kim tanımadı
Tarix: 27-09-2019, 16:58




İTV-də bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva arıqlaması ilə diqqət çəkib.
Aparıcı Teleqraf.com-a açıqlamasında çəki itirməsindən danışıb: "Xüsusi diet saxlamıram. Gün ərzində yağlı, qızarmış, şirin heç nə yemirəm. Hər insan öz bədənini tanıyır, çəki aldığını çox gözəl bilir. Gün ərzində çoxlu su içirəm. Zərərli yeməklərdən uzaq dururam. Zülal, karbohidrata nəzarət edirəm.
Axşam yatarkən yemək yemirəm. Müxtəlif çəkilərdə olmuşam. 88-60 kq çəkidə olmuşam. İndi təxminən 50 kq olaram”.
Qeyd edək ki, Leyla Quliyeva rejissor Abbas Quliyevlə ailə qurub.





Paylaş: