Budəfəki “Maşın şou”nun tam siyahısında kimlər var? - AÇIQLAMA
Tarix: 27-09-2019, 16:16




“Maşın” realiti şousu yenidən ekrana çıxmağa hazırlaşır.
 
Modern.az xəbər verir ki, “M Group Production” şirkətinin istehsalı olan layihə 18-ci mövsümünə başlayır. Şoumen Murad Dadaşovun aparıcılığı ilə “Maşın” realiti şousu bu mövsüm oktyabrın 1-dən ATV telekanalında yayımlanacaq.
 
Layihənin mətbuat katibi Könül Əlibəyli Modern.az-a bildirib ki, şou iştirakçılarının adı hələ ki gizli saxlanılır.
 
“Verilişin açılışı zamanı iştirakçıların kimliyi hər kəsə sürpriz olacaq. Məhz buna görə də öncədən iştirakçılarımızın kimliyi anonim olaraq saxlanılır”.


Yerli mediada yayılan xəbərlər görə isə yarış təşkilatçıları iştirakçıların adlarını hər nə qədər gizli saxlamağa çalışsalar da, bu, nəticəsiz qalıb.

Belə ki, Xalq artisti Bilal Əliyev, meyxanaçı Aqşin Fateh, aktrisa Fatma Mahmudova, müğənni Ayan Babakişiyeva, Aysun İsmayılova, Aşıq Namiq Fərhadoğlu, Rəsul Abbasov, meyxanaçı Ələkbər Yasamallı, Fuad Musayev kimi sənətçilərin şouya qatılacağı bildirilir.

Paylaş: