Elzanın oğlu onun şeirinə görə bıçaqla davaya getdi və…
Tarix: 27-09-2019, 12:02




Əməkdar artist Elza Seyidcahan ailəsi ilə birlikdə ATV telekanalında yayımlanan “Ulduzlu yayım” verilişində qonaq olub.
 
Primetime.az xəbər verir ki,  sənətçinin oğlu Ələkbər onun ən böyük tənqidçilərindən biri olduğunu bildirib. O, söyləyib ki, anasına görə bıçaqla davaya belə gedib:
 
“Onun sənəti bəstəkarlıqdır. Elə gözəl mahnılar bəstələyir ki, başqa artıq şeylər etməyə ehtiyac olmur. Yaxşı yazdığı şeirləri də var, elələri də var ki… Bəlkə də başqa ölkədə yaşasaydıq, bunlar normal qəbul olunsaydı, mən də normal qəbul edərdim. Amma burada elə şeylər var ki, lazım deyil. Dəfələrlə zəng etmişəm anama, böyük davalarımız belə olub. Ona görə başqa adamlarla da dava etmişəm. Bıçaqla davaya getmişəm, həmin adam gəlməyib. Səməd Vurğun adına bağda gözləmişəm, gəlsəydi, indi bəlkə də başqa cür olacaqdı. Əgər qan töksəydim, sən özünü necə bağışlayardın? Mənə görə keçməlidir, amma keçmir”.

VİDEO BU YAZININ İÇİNDƏ​​​

Paylaş: