Ebru Şallının toyu oldu
Tarix: 27-09-2019, 11:05




Keçmiş model Ebru Şallı uzun müddətdir sevgili olduğu Uğur Akkuşla ailə qurub.
“Yeni Sabah” xəbər verir ki, cütlüyün nikahı Türkiyədə Çırağan sarayında baş tutub.
Ebrunun gəlinliyini dizayner Cengiz Abazoğlu hazırlayıb. 
Toydan ilk şəkilləri model sosial şəbəkə hesabında bölüşüb. O, toy mərasimindən bir neçə saat sonra “Instagram”da soyadını Akkuş olaraq qeyd edib. 
Xatırladaq ki, Ebru Şallı bundan öncə iki dəfə ailə qurub. Onun 2 oğlu var.




Paylaş: