"Youtube"da milyonlarla baxış toplayan azərbaycanlı müğənnilər
Tarix: 26-09-2019, 17:38




Hər nə qədər bayağı mahnıları tənqid edib, onları aşılamamağa çalışsaq da, sosial media buna imkan vermir.

Xüsusilə, “Youtube” video hostinqi və trend anlayışı bu istəklərimizi alt-üst edir. Gündəm nə qədər dəyişsə də, ən çox baxılan və görülən paylaşımlar dəyişmir.

Axşam.az “Youtube”da ən çox izlənilən və dinlənilən azərbaycanlıların siyahısını təqdim edir:

10-cu pillədə 2015-ci ildə təqdim edilmiş Əməkdar artist Röya Ayxanın “Kesin bilgi” mahnısı yerləşir. İfa 20 milyona yaxın izlənmə sayı toplayıb.

Müğənni Zamiq Hüseynovun “Kaman” adlı ifası isə 23 milyon baxış sayı toplayıb.

Talıb Talenin “Bilirsənki” mahnısını remiks etdirməsi ona 25 milyon izlənmə bəxş edib.

7-ci yerdə Aysel Teymurzadə və Araşın “Eurovision”da bizə üçüncülük gətirən mahnısı “Always” qərarlaşıb. Mahnıya 32 milyon dəfə baxılıb.

Şəbnəm Tovuzlu “Xəstəyəm” adlı ifası ilə 6-cı pillədə 36 milyon baxış sayı yığıb.

Nigar Muharremin “Ona görə” ifasına 48 milyon dəfə müraciət edilib. İfaçı ilk beşlikdədir.

Nahidə Babaşlı isə “Ayyüzlüm” mahnısı ilə 49 milyon dəfə dinlənilib.

Suranın “Bi daha yak” klipi 66 milyon dəfə baxılıb.

İkinci pillədə olan müğənni Üzeyir Mehdizadənin “Yaxşı olar” adlı ifası 99 milyon baxış sayı toplayıb.

Azərbaycanlı müğənnilər üzrə “Youtube” rekordu Əli Türkoğluna aiddir. Onun “Bu benim öyküm” adlı ifası 167 milyon dəfə dinlənilib.

Paylaş: