Müğənni həyat yoldaşı ilə barışdı - 20 gün öncə boşanmışdılar
Tarix: 26-09-2019, 17:00




20 gün əvvəl boşanan Sinan Akçıl ilə aktrisa Burcu Kıratlı barışıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün ötən gün eyni anda paylaşım etməsi bu barədə iddialara səbəb olub.
Belə ki, Burcu Kıratlı əlində güllərlə fotosunu, Sinan Akçıl isə 24.09. 2019 tarixini "Milad" şərhi ilə paylaşıb. 
Televiziya verilişlərindən birinə açıqlama verən Sinan Akçıl iddiaları təsdiqləyib. Müğənni açıqlamasında "Burcu mənim üçün həyatdakı ən dəyərli varlıqdır. Sona qədər bu sevginin arxasındayam", - deyə bildirib.

Paylaş: