Bred Pitt Ancelina Colini bu qadına dəyişdi
Tarix: 26-09-2019, 12:25





Üç il öncə dünya şöhrətli Hollivud ulduzu Ancelina Colidən boşandıqdan sonra adı məşhur aktrisa Şarliz Teron ilə anılan Bred Pitt yeni sevgilisi ləl-cəvahirat dizayneri Sat Hari Xalsa ilə görüntülənib.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, illər sonra yeni sevgilisiylə görünən Bred Pitt ilk olaraq sentyabrın 19-da ortaya çıxıb. Əfsanəvi aktyor ötən gün Sat Hari Xalsa ilə ikinci dəfə görüntülənib.
Cütlüyün təxminən 3 aydır birlikdə olduğu da şayiələr arasında yer alıb.

Qeyd edək ki, ötən illərdə heç bir qadınla görüntülənməyən Bred Pittin keçmiş həyat yoldaşı Cennifer Eniston və məşhur aktrisa Şarliz Teron ilə sevgili olduğu iddia edillib, ancaq sübut olunmayıb.

Onun artıq xarici gözəlliyə deyil, daxili gözəlliyə əhəmiyyət verdiyi və əyləncə sektorundan biriylə deyil, normal bir qadınla sevgili olmağa üstünlük verdiyi danışılır.




Paylaş: