Xalq artisti Bülbülün anım günüdür
Tarix: 26-09-2019, 11:28




Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, Dövlət mükafatı laureatı Bülbülün anım günüdür.
SalamNews-un məlumatına görə, Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığındakı Xanbağı adlanan yerdə anadan olub.
Səhnə fəaliyyətinə 1916-cı ildə başlayıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib.
Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub.
Fəaliyyətinin ilk illərində Ü.Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib.
1927-ci ildə konservatoriyanı bitirib. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb.
Bülbül 1961-ci ildə Bakıda vəfat edib.

Paylaş: