Gülyanaq qəzadan danışdı - “Bacım oğlunun vəziyyəti ağırdır”
Tarix: 25-09-2019, 17:38




“Qəza Yevlax ərazisində baş verib. Maşında bacımın yoldaşı və 4 gənc oğlan olub. Onlardan ikisi bacımın övladı, digər ikisi isə başqa qohumumun uşaqlarıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova deyib. O, dünən qəzada dünyasını dəyişən bacısının həyat yoldaşından danışıb.  Telefonla “Elgizlə izlə” proqramına bağlanan xanəndə bacısının kiçik oğlunun vəziyyətinin də ağır olduğunu bildirib:
“Uşaqların biri hazırda yanımdadır, vəziyyəti yaxşıdır. Amma bacımın kiçik oğlunun səhhəti bir az ağırdır, əməliyyat olunmalıdır. Çiyin sümüyündə problem var. Gənclərdən Turan adlı qohumum sabah əməliyyat olunacaq. Kürəkənimizə görə çox üzgünük. Gözəl insan idi. Onu həmişə özümüzə qardaş bilmişik. Heç kim bilmir sabah başına nə gələcək”.
Qeyd edək ki, Gülyaz və Gülyanaq Məmmədovanın digər bacısının həyat yoldaşı da avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Paylaş: