"Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram" - Vasifdən QALMAQALLI AÇIQLAMA
Tarix: 25-09-2019, 11:41




Kişinin qadınını göstərməyinə ciddi yanaşmıram.

Bu sözləri əməkdar artist Vasif Məhərrəmli "Hər şey daxil"in efirində deyib.

Sənətçinin bu açıqlaması aparıcı Tarix Əliyevi (Tolik) qıcıqlandırıb:

"Niyə? Sən, Vasif, 7 il bundan qabaq toy etmisən. 7 il bundan qabaq İnstaqram bu qədər gündəmdə olsaydı, sənin toyunu başdan ayağa canlıya qoyacaqdılar. Evdən çıxanda da səni göstərəcəkdilər. Bunu gizlətməklə... Bu qədər dövlər məmurlarının xanımları görünür. Burada ayıb bir şey yoxdur".

Vasif Tolikin bu sözlərinə "Bu, xarakterə bağlı bir şeydir" ifadəsi ilə cavab verib.

Müğənninin cavabı aparıcını daha da özündən çıxarıb:

"Yox, deyəcəm, ürəyim partlayar! Hə, sənin xarakterin də var, təyyarədə gedəndə balığı yeyirsən, baxmırsan ki, İnstaqram-da bir hamilə olar, ürəyi çəkər. Bunu iki dubl ilə çəkə bilirsən. Bu xarakterə uyğundur. Amma halallıca həyat yoldaşınla bir yana gedib, onunla çəkilmək olmaz, hə?"

milli.az

Paylaş: