Gənc aktrisa yol polisinin gözü qarşısında qəza şəraiti yaratdı
Tarix: 25-09-2019, 08:46




Tanınmış aktrisa Mələk Kazımova yol polisinin qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

UlduzumSan.Az Criminal.az-a istinadən xəbər verir ki, aktrisa idarə etdiyi avtomobil ilə Koroğlu Rəhimov və Xətəli Xan Xoylu küçələrinin kəsişməsində qoşa xəttin tələblərini pozaraq qarşı yola çıxmaqla qəza şəraiti yaradır. 
Maraqlısı odur ki, aktrisa idarə etdiyi avtomobillə qaydanı pozmaqla yol polisiin idarə etdiyi "Mercedes" markalı avtomobilin qarşısına çıxır. Lakin yol polisi onun qayda pozmasına məhəl qoymayaraq yoluna davam edir.
M.Kazımova qayda pozuntusunu əks etdirən video görüntünü özünə məxsus "instagram" səhifəsində paylaşıb. Həmin görüntünü təqdim edirik: 



Paylaş: