Azərbaycanlı qadın müğənninin qayınatası GÖRÜN ONDAN NƏLƏR DEDİ
Tarix: 24-09-2019, 15:36

Azərbaycanlı qadın müğənninin qayınatası GÖRÜN ONDAN NƏLƏR DEDİ - FOTO

"Hər şey daxil"in çəkiliş heyəti əməkdar artist Elnarə Abdullayevanın qayınatasının evindən birbaşa efirə bağlantı yaradıblar.

Əməkdar artistin 89 yaşlı qayınatası gəlini barədə danışıb.

O, Elnarədən çox razı olduğunu bildirib:

"Elnarə mənim qulluğumda elə durur ki... Elnarə mənim həm qızımdır... İki qızım var. Elnarə mənim üçüncü qızımdır. Elnarə mənə həm ata kimi baxır, həm qayınata kimi. Mən Elnarədə 100-150% razıyam. Hara gedirsə ürəyim nə istəyirsə alıb gətirir. Həkimə aparır məni, bundan yaxşı nə ola bilər ki?!"



Aparıcı Tolikin "Nəvənizə müğənni qız alarsınız?" sualına Elnarə Abdullayevanın qayınanası "Elnarə kimisin alarıq" cavabını verib. Qayınanası sənətçi barədə danışarkən "Allah onu mənə möcüzə göndərib" fikirlərini səsləndirib. Əməkdar artist efirdə qayınanasının bu sözlərinə gülərək reaksiya verib.

milli.az

Paylaş: