Demi Mur: "15 yaşımda olarkən anam məni 500 dollar müqabilində "satdı""
Tarix: 24-09-2019, 11:03




Dünya şöhrətli amerikal aktrisa Demi Mur 15 yaşında bir sərxoşun təcavüzünə uğradığını etiraf edib.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, 56 yaşlı aktrisa şok edən təcavüz olayını "Good Morning America" proqramında Diana Sawyer ilə bölüşüb.
O, faciəli hadisənin bir gecə evə gedəndə baş verdiyini bildirib. Həmin gecə tanışdıqları yaşlı bir adamın evdə olduğunu bildirən Mur zorakılığa məruz qaldıqdan sonra evin açarının anası tərəfindən yaşlı adama verildiyini öyrənib.
Dünya ulduzu etiraf edib ki, yaşlı kişi ona təcavüz etmək müqabilində anasına 500 dollar ödəyib.

Paylaş: