Tanınmış aktyorumuzun maşınını İtaliyada SOYDULAR
Tarix: 23-09-2019, 17:09




Aktyor Müşviq Şahverdiyevin Avropa səyahəti zamanı başına iş gəlib.
 
Primetime.az xəbər verir ki, aktyoru soyublar. Bu haqda Müşviq “Söhbət var” verilişində deyib:
 
“İtalyada kirayə maşın götürdük ki, özümüz bütün şəhərləri maşınla gəzək. San-Marino, Florensiya, Venesiya axırda da Piza şəhərini gəzdik və qayıdanda gördük ki, maşının içərisində nə var idisə, hamısını aparmışdılar. Düzdür, pul oğurluğu olmamışdı, çünki kartda idi. Amma aldığımız hədiyyələri və fotoparat, dron və başqa avandanlıqları oğurlamışdılar”.



Paylaş: